II Elizabetin 100 illiyi üçün xüsusi oyuncaq ayı hazırladı

Dünya

21.04.2026 19:30

Almaniyanın “Steiff” oyuncaq şirkəti Böyük Britaniyanın keçmiş kraliçası II Elizabetin 100 illik yubileyi münasibətilə onun obrazında xüsusi kolleksiya oyuncaq ayı hazırlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Məlumata görə, oyuncaq “Galerista” kolleksiya mağazası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və Kraliçanın 2021-ci ildə "Windsor" tədbirindəki görünüşündən ilhamlanıb. 30 sm hündürlüyündə olan fiqurda onun yaşıl paltosu, papağı və mirvari boyunbağı kimi detalları əks olunub.

Şirkət bildirib ki, oyuncaqda Kraliçanın məşhur aksesuarları, o cümlədən broş və digər bəzəklər də xüsusi dizaynla hazırlanıb. Daha şən görünüş vermək üçün çanta ağ rəngdə seçilib.

Oyuncağın qiyməti 289 funt sterlinqdir və cəmi 4 996 ədəd istehsal olunub.

Qeyd edilir ki, Elizabet II 70 ildən çox taxtda olub və Britaniya tarixində ən uzun müddət hökmranlıq etmiş monarxdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Oyuncaq,Ayı,Elizabet,Yubiley,Todaypress.tv,