İsrail seçkilərə qədər İrana hücum etməyəcək? - Katz bəyan etdi

İsrail seçkilərə qədər İrana hücum etməyəcək? - Katz bəyan etdi
26.10.2026 18:13 Dünya

İsrail oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərinə qədər İrana hücum etməyi planlaşdırmır.

TodayPress TV xəəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bəyan edib.

“Birmənalı şəkildə bəyan edirəm ki, İsrailin seçkilərdən əvvəl İrana hücum etmək niyyəti yoxdur. Bu barədə yayılan bütün məlumatlar tamamilə yalandır”, – deyə müdafiə naziri bildirib.

Bununla yanaşı, o, İsrail tərəfinin İranın mümkün hücumu halında böyük güclə cavab verəcəyini izah edib.

Katz həmçinin qeyd edib ki, İsrail mediasında İran məsələsi haqqında ölkənin siyasi rəhbərliyi ilə İsrail Müdafiə Ordusu arasında fikir ayrılıqları barədə yayılan məlumatlar “tamamilə absurd və yalandır”:

“Müdafiə naziri vəzifəsinə başladığım andan etibarən İran məsələsi ilə bağlı Baş nazir Benyamin Netanyahu, mən və İsrail Müdafiə Ordusu arasında tam koordinasiya mövcuddur”.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər