Serbiya Rusiyaya görə Qərbə meydan oxudu

Serbiya Rusiyaya görə Qərbə meydan oxudu
26.10.2026 20:09 Dünya

Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə parlament seçkilərində qalib gəldiyi bildirilən “Tələbə siyahısı” (“Studentski spisak”) partiyasının nümayəndəsi Yovo Bakiç açıqlama verib.

O bildirib ki, Serbiya Rusiya ilə tarixi münasibətlərini qorumaq niyyətindədir və bu məsələdə mövqeyini dəyişməyəcək.

“Biz Rusiyaya böyük dövlət, tarixən mühüm tərəfdaş və bir çox hallarda müdafiəçimiz kimi hörmət edirik. Bu məsələdə heç bir dəyişiklik olmayacaq. Kiçik Serbiyanın tətbiq edəcəyi sanksiyalar heç nəyi dəyişməzdi, lakin simvolik baxımdan bu, çox pis addım olardı”, – deyə Bakiç vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər