Budapeşt yenə Vaşinqtonun qapısını döyür - Rubio ilə görüş
Macarıstanın xarici işlər naziri Anita Orban noyabrın 27-si Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın xarici siyasət idarəsinin rəhbəri “Facebook” sosial şəbəkəsində məlumat verib.
“Sabah Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparacağam”, – deyə nazir yazıb.
Xatırladaq ki, oktyabrın 17-də Macarıstanın Baş naziri Peter Madyar Rusiya dizel yanacağının ABŞ bazarına tədarükü ilə bağlı razılaşmanın ölkəsi üçün müəyyən əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu razılaşma Rusiya enerji daşıyıcılarına qarşı sanksiyalardan istisna üçün presedent yaradır. O qeyd edib ki, ABŞ bu razılaşma çərçivəsində Budapeşt üçün neftə tətbiq edilən sanksiyalardan istisnanın müddətini uzada bilər.
Aysel Mətləb