ABŞ 20 ilə bacarmadı, Çin qatarla Əfqanıstana girdi!
ABŞ-nin Əfqanıstandakı 20 illik hərbi iştirakından və 2021-ci ildə Talibanın yenidən hakimiyyətə gəlməsindən sonra ölkənin xarici əlaqələrində iqtisadi əməkdaşlıq və ticarət marşrutları ön plana çıxır.
TodayPress TV xəbər verir ki, Çin Şandun əyalətindən Əfqanıstanın Hayratan şəhərinə xüsusi yük qatarı göndərib.
Qatar Orta Asiya üzərindən Çin mallarını Əfqanıstana daşıyır.
Əfqanıstanda 20 illik ABŞ müharibəsindən sonra indi Çin ticarət və logistika vasitəsilə mövqelərini gücləndirməyə çalışır.
Jalə Rövşən