Sabiq icra başçısı Rusiyada vəfat etdi

Sabiq icra başçısı Rusiyada vəfat etdi
26.10.2026 17:00 Sosial

Tanınmış jurnalist, politoloq, ictimai-siyasi xadim və Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, o, ömrünün son illərini yaşadığı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

Bildirilib ki, Teymur Yəhyayev açıq ürək əməliyyatı keçirib, lakin əməliyyatdan sonra komadan ayılmayıb. Mərhumun nəşi sabah doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilərək dəfn ediləcək.

Qeyd edək ki, peşə fəaliyyətinə jurnalist kimi başlayan Teymur Yəhyayev “İTAR-TASS” Analitik-İnformasiya Agentliyində müxbir vəzifəsindən direktor vəzifəsinədək yüksəlib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 4 noyabr 1991-ci ildə Teymur Yəhyayev Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 1992-ci il iyunun 2-də vəzifədən azad edilib.

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra, 8 noyabr 1993-cü ildə Teymur Yəhyayev ikinci dəfə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib,  30 iyul 2000-ci ilədək bu vəzifədə çalışıb.

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər