“Heç kimə qarşı qol vurmağa çalışmırıq” - Ərdoğan

“Heç kimə qarşı qol vurmağa çalışmırıq” - Ərdoğan
26.10.2026 20:16 Dünya

Türkiyə-Liviya dəniz sazişinin təsdiqlənməsindən sonra, xüsusilə Avropa İttifaqı tərəfindən verilən reaksiyaların heç bir qanuni əsası yoxdur.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Belə demək mümkündürsə, biz Şərqi Aralıq dənizində heç kimə qarşı qol vurmağa çalışmırıq. Sadəcə dəniz yurisdiksiyamızın əhatə etdiyi ərazilərdə hüquq və maraqlarımızı qorumağa çalışırıq", - deyə lider vurğulayıb.

O əlavə edib ki, Türkiyə mübahisələrin sülh yolu ilə həll edilməsinin və bütün sahilyanı dövlətlərlə dialoq vasitəsilə razılığa gəlinməsinin tərəfdarıdır.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər