“Qızıl top” mərasiminə sayılı saatlar qalmış Messi ilə bağlı xəbər
ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” nəşri “X” sosial şəbəkəsində məlumat yayıb.
Dünya futbolunun ən nüfuzlu fərdi mükafatlarından biri hesab edilən “Qızıl top”un 70-ci təqdimetmə mərasimi bu gün, oktyabrın 26-da Londonda keçiriləcək. Tədbir “Palladium” teatrında təşkil olunacaq və 2025/2026-cı illər mövsümünün ən yaxşı futbolçusu müəyyənləşdiriləcək.
Qeyd edək ki, mükafat tarixində ilk dəfə təqdimetmə mərasimi Fransadan kənarda keçiriləcək. Londonun seçilməsi 1956-cı ildə “Qızıl top”un ilk qalibi olmuş ingiltərəli futbolçu Stenli Metyuzla əlaqələndirilir.
Kişilər arasında mükafat uğrunda 30 futbolçu mübarizə aparır. Namizədlər sırasında Harri Keyn (“Bavariya”), Lamin Yamal (“Barselona”), Kilian Mbappe (“Real Madrid”), Usman Dembele (PSJ) və Lionel Messi (“İnter Mayami”) də yer alır.
Qalibi FIFA reytinqində ilk 100-lükdə qərarlaşan ölkələrin hər birindən bir nümayəndənin daxil olduğu beynəlxalq futbol jurnalistləri münsiflər heyəti müəyyənləşdirəcək.
Namiq HUN