Pezeşkian Putinin dəvəti ilə Moskvaya gedir - Nələr müzakirə olunacaq?

Pezeşkian Putinin dəvəti ilə Moskvaya gedir - Nələr müzakirə olunacaq?
26.10.2026 18:59 Dünya

İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gedir.

TodayPress TV xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.

“Hörmətli Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə yola düşürük”, - deyə Pezeşkian bildirib.

Məlumata görə, lider səkkizinci Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl bildirib ki, səfər zamanı dünya enerji ticarəti üçün təhlükəsiz marşrutun və azad ticarətin yaradılmasına çalışacaqlar.

Prezident ABŞ-nin addımlarını dünyada enerjinin sərbəst daşınmasının təhlükəsizliyini pozan amil kimi qiymətləndirib:

“Moskvada çox yaxşı müzakirələr aparacağıq. ABŞ-nin addımları və enerjinin sərbəst daşınmasına maneələr barədə danışacağıq. Marşrutların necə təhlükəsizləşdirilməli olduğunu, bu enerjinin dünya üzrə daşınması üçün azad ticarətin necə təmin edilməli olduğunu müzakirə edəcəyik. Çünki bu təhlükəsizliksizlik bütün dünyanın zərərinədir. Əgər bu müzakirələri bir-birimizlə strateji səviyyədə apara bilsək, bu, dünya enerjisinin idarə olunmasına böyük təsir göstərə bilər”.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər