Dünya çempionluğuna bir addım: Nihat Məmmədli finalda!

Dünya çempionluğuna bir addım: Nihat Məmmədli finalda!
26.10.2026 16:47 İdman

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, idmançımız yarımfinalda rusiyalı Sergey Yemelinlə qarşılaşıb. Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu olan rəqibini 2:2 hesabı ilə məğlub edən Məmmədli xalların keyfiyyətinə görə üstün olub.

Nihat Məmmədli oktyabrın 27-də keçiriləcək final görüşündə Ermənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gələcək.

Digər yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə finala yüksələ bilməyib. O, yarımfinalda iranlı Səid Esmaeiliyə məğlub olub. Cəfərov dünya çempionatının bürünc medalı uğrunda görüşə çıxacaq.

İslam Abbasov (87 kq) da mundialda mübarizəni davam etdirmək şansı qazanıb. Belə ki, 1/8 final mərhələsində uduzduğu bolqarıstanlı Olimpiya çempionu Semyon Novikovun finala yüksəlməsi Abbasova təsəlliverici görüşlərdə iştirak etmək imkanı yaradıb.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi üzrə daha əvvəl iki qızıl medal qazanıb. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu adına yiyələniblər.

Dünya çempionatı noyabrın 1-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər