Erməni məhbus məhkəmədən qaçdı
Ermənistanda məhbus məhkəmə binasından qaçıb.
TodayPress TV xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, hadisə Armavir Ümumi Yurisdiksiya Məhkəməsində baş verib.
Bildirilib ki, G.E. adlı məhbus Armavir Penitensiar Müəssisəsində cəza çəkirdi. O, hakim Gevorq Manukyanın icraatında olan iş üzrə məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilib.
Hadisədən sonra Armavir polisi qaçan məhbusun tapılması üçün axtarış tədbirlərinə başlayıb.