Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu

Husilər  Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu
11.08.2026 12:30 Dünya

Yəməndəki husilərin Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus ticarət gəmisinə raket zərbəsi endirdiyi bildirilir.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, İranın "ISNA" xəbər agentliyi və ərəb mediasının yaydığı məlumata görə, hücum nəticəsində ən azı 3 ekipaj üzvü həlak olub.

İlkin məlumatlara görə, zərbə Yəmənin Taiz şəhərinin şərqindən həyata keçirilib.

Həlak olanlardan 2-nin Pakistan, 1-nin isə İndoneziya vətəndaşı olduğu bildirilir.

Qeyd edək ki, husilər iyulun 20-də Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı dəniz blokadası elan edib və onların Qırmızı dənizin cənub girişində yerləşən Bab əl-Məndəb boğazından keçməsinə qadağa qoyub.

Bundan sonra boğazdan keçən Səudiyyə gəmilərinə qarşı bir neçə hücumun həyata keçirildiyi bildirilir.

Hücumla bağlı əlavə təfərrüatlar  hələlik məlum deyil.

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər