Hörmüz boğazında daha iki tankerdə YANĞIN

Hörmüz boğazında daha iki tankerdə YANĞIN
30.10.2026 15:12 Dünya

Hörmüz boğazından keçməyə çalışan iki tankerdə yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bununla bağlı SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, sözügedən tankerlər naviqasiya və GPS sistemlərini söndürüb, xəbərdarlıqlara baxmayaraq, tankerlər təhlükəli bölgəyə daxil olub və nəticədə insident baş verib.

Tankerlərin hazırda Hörmüz boğazının cənub sahillərində dayandığı qeyd olunub.

SEPAH-ın məlumatında tankerlərə hücum edildiyi və ya konkret olaraq mina hadisəsinin baş verdiyi qeyd olunmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər