"Hondius" kruizi plan üzrə davam edir – Gəmi yenidən yola düşür

Dünya

20.05.2026 02:00

Göyərtəsində hantavirus epidemiyası baş verən "MV Hondius" laynerinin sahibi olan Niderlandın "Oceanwide Expeditions" şirkəti bu gəmidə iyun ayında baş tutacaq növbəti kruiz üçün bilet satışı həyata keçirir.

TodayPress TV xəbər verir ki, layner iyunun 13-də Lonqyir (Norveç) qəsəbəsinin limanından yola düşməlidir.

Səyahətin məqsədi Şpitsbergen adasının şimal hissəsini ziyarət etməkdir və kruizin yeddi gün davam edəcəyi nəzərdə tutulub. Səfər başa çatdıqdan sonra istirahət edənlər yenidən Lonqyir limanına qayıdacaqlar.

Şirkət rəhbəri Remi Buayssenin hantavirusla bağlı vəziyyətə dair rəsmi bəyanatında əmin etdiyi kimi, istismara qaytarılmazdan əvvəl "Hondius" layneri bütün protokollara uyğun olaraq tam təmizlənmə və dezinfeksiya prosesindən keçəcək.

Aysel Mətləb

TodayPress TV

tag: Hondius,Oceanwide Expeditions,Niderland,Hantavirus,TodayPress TV,