Hindistan gəmilərin Hörmüzdən keçidi üçün İranla danışıqlar aparır
Hindistan neft və mayeləşdirilmiş neft qazı (LPG) daşıyan ən azı 20 tankerin Hörmüz boğazından təhlükəsiz keçidinə icazə almaq üçün İranla danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, daha əvvəl İranın Hindistan bayrağı altında üzən gəmilərin boğazdan keçməsinə icazə verdiyi barədə məlumatlar yayılıb.
Bundan əvvəl "NDTV" telekanalı öz mənbələrinə istinadən İranın Hindistan bayrağı altında üzən “Puşpak” və “Parimal” adlı iki tankerin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etdiyini bildirib.
Türkan İsgəndərli