Hərbi anbarda ardıcıl partlayışlar: 4 nəfər yaralandı - VİDEO
Suriyanın şimalındakı Hələb şəhərində hərbi anbarda sursat partlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin cənubundakı Əl-Eis bölgəsində baş verib. Partlayışlar davam etdiyindən əraziyə giriş çətinləşib.
Suriya keçid hökumətinin fövqəladə hallar naziri Raed əl-Saleh bildirib ki, ilkin məlumata görə, hadisə nəticəsində ən azı 4 nəfər yaralanıb.
Onun sözlərinə görə, xilasedici qruplar əraziyə yerləşdirilib, lakin davam edən partlayışlar səbəbindən yaralılara çatmaq çətindir.
Səlahiyyətlilər yerli sakinlərə hadisə yerinə yaxınlaşmamağı, evlərində qalmağı və təhlükəsizlik təlimatlarına əməl etməyi çağırıb.
Türkan İsgəndərli