HAMAS Qəzza zolağını idarə etmək niyyətində deyil

Dünya

05.12.2025 15:45

HAMAS Qəzza zolağını idarə etmək istəmədiyini bildirib

TodayPress TV "Al Arabia" ya istinadən xəbər verir ki, bunu yüksək səviyyəli HAMAS rəsmisi bildirib. 

Adı çəkilməyən rəsminin sözlərinə görə, HAMAS Qəzza Zolağını idarə etməyə davam etmək istəmir və növbəti mərhələdə sözügedən ərazidə texnokratik komitənin yaradılması və Qəzzanın bu komitə tərəfindən idarə olunmasına razılıq verib.

HAMAS nümayəndəsi əlavə edib ki, təşkilat texnokratik komitədə yer tutması üçün təklif olunan şəxsləri tanıyır və bu şəxslərin komitə üzvü olmasına razılıq verib.

“Danışıqlarda irəliləyişlərə baxmayaraq, İsrail razılaşdırılmış addımların praktiki icrasına mane olur”,- anonim nümayəndə bildirib.

O vurğulayıb ki, Qəzzada xidmət edəcək beynəlxalq qüvvələr sadəcə monitorinq funksiyası daşıyacaq və anklavın idarəsinə, daxili işlərinə müdaxilə etməyəcəklər.

Jalə Rövşən 

TodayPress TV

tag: HAMAS,Qəzza zolağı ,Rəsmi ,Fələstin ,Todaypresstv,