Hakan Fidan: "İrana qarşı müharibə qısa zamanda dayandırılmalıdır"
Dünya
12.03.2026 17:52
Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana qarşı müharibənin ən qısa zamanda dayandırılmalı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Haberturk” qəzeti məlumat yayıb.
Almaniyanın xarici işlər naziri ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Fidan Türkiyənin bu məsələ ilə bağlı tərəflərlə fəal danışıqlar apardığını qeyd edib.
Nazir vurğulayıb ki, Ankara İranda hər hansı daxili qarşıdurmanın və iğtişaşların qızışdırılmasının əleyhinədir. Onun sözlərinə görə, belə ssenariləri təşviq etmək istəyənlərə xəbərdarlıq edilir.
"Biz İranda hər hansı bir daxili müharibənin və iğtişaşların qızışdırılmasının əleyhinəyik. Hazırda bu cür macəra axtaranlara xəbərdarlıq edirik ki, heç kim belə bir xəyala düşməsin. Biz müharibənin gedişatının istənilən versiyasına hazırıq", - deyə Hakan Fidan əlavə edib.
Türkan İsgəndərli
tag: Türkiyə,XİN,Hakan Fidan,İran,Todaypress.tv,
