Gürcüstanda dövlət bayraqları yarıya endirildi

Gürcüstanda dövlət bayraqları yarıya endirildi
08.08.2026 10:39 Dünya

Gürcüstanda 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə əlaqədar həlak olanların xatirəsi yad edilir.

TodayPress TV xəbər verir ki, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstan Hökumətinin Administrasiya binasının üzərində dövlət bayrağı yarıya endirilib.

Gürcüstan hökumətinin yaydığı məlumata görə, Baş nazir İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, ölkənin bütün ərazisində inzibati binalar üzərində dövlət bayraqları yarıya endirilib.

Qeyd edək ki, bu gün 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin başlamasından 18 il ötür.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər