Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ

Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ
11.08.2026 16:14 Dünya

İspaniyada 12 avqustda baş verəcək tam Günəş tutulması ilə bağlı meşə yanğınları təhlükəsinin artmasından narahatlıq yaranıb.

TodayPress TV xəbər verir ki, “The Guardian”ın məlumatına görə, tutulmanı izləmək üçün Şimali İspaniyaya təxminən 460 min insanın gələcəyi gözlənilir.

Bölgə Günəş tutulmasını müşahidə etmək üçün dünyanın ən əlverişli məkanlarından biri hesab olunur. Ölkənin Ətraf Mühit naziri Sara Aagesen bildirib ki, isti hava səbəbindən İspaniyada bitki örtüyü hazırda çox qurudur. Onun sözlərinə görə, ən kiçik qığılcım və ya ehtiyatsızlıq belə böyük meşə yanğınlarına səbəb ola bilər.

İspaniya polisi tutulma günü təxminən 1,5 milyon əlavə avtomobil səfərinin olacağını proqnozlaşdırır. Bu isə kənd ərazilərində yanğın baş verəcəyi halda xilasedici və yanğınsöndürən maşınların hadisə yerinə çatmasını çətinləşdirə bilər.

Təhlükəsizlik tədbirləri çərçivəsində yol kənarında və quru bitki örtüyünün yaxınlığında avtomobil saxlamaq, həmçinin manqal və atəşfəşanlıq qadağan ediləcək.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ — 1
XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər