"Google" 100 milyonlarla avro cərimələndi - SƏBƏB?
Avropa Komissiyası iyulun 23-də "Google"u Rəqəmsal Bazarlar haqqında Qanunu =pozduğuna görə təxminən 900 milyon avro cərimələyib.
TodayPress TV bu barədə Avropa Komissiyasına istinadən xəbər verir.
Ümumi cərimə məbləğinin 430 milyon avrosu "Google"un öz xidmətlərinin axtarış nəticələrində daha əlverişli şəkildə nümayiş etdirilməsinə görə təyin edilib. Qalan 460 milyon isə "Google Play" mağazasındakı məhdudiyyətlərə görədir ki, bu da tərtibatçılara istifadəçiləri daha ucuz təkliflər barədə məlumatlandırmağa və platformadan kənarda alış-veriş etməyə mane olub.
Qeyd edək ki, "Google"a qarşı araşdırma 2024-cü ilin martında başlanıb.
Nicat Osmanlı