Finlandiya: Ukraynaya qoşun göndərmək planımız yoxdur
Finlandiya prezidenti Aleksandr Stubb bəyan edib ki, atəşkəs razılaşması əldə olunsa belə, Helsinki Ukraynaya hərbi qüvvə göndərməyi planlaşdırmır.
TodayPress TV xəbər verir ki,b u barədə o, Yaponiyanın "NHK" telekanalına verdiyi müsahibədə danışıb.
O, Finlandiyanın əsas diqqətini şimal-şərqi Avropada təhlükəsizlik və müdafiənin gücləndirilməsinə yönəltməli olduğunu vurğulayıb.
Finlandiya ordusunun general-mayoru Sami Nurmi isə daha əvvəl qeyd edib ki, Ukraynadakı münaqişə bitdikdən sonra Finlandiya Rusiyayla ortaq sərhədi boyunca hərbi mövcudluğunu artırmağı planlaşdırır.
Türkan İsgəndərli