Fidan: "Türkiyə danışıqlara ev sahibliyi etməyə hazırdır"
Ankara Ukrayna ilə bağlı təmaslar üçün platforma təqdim etməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan almaniyalı həmkarı Johann Wadephul ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Ölkəmiz danışıqlar yolu ilə sülhə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığı davam etdirəcək. Növbəti danışıqlar mərhələsinə ev sahibliyi etməyə hazırıq”, – deyə nazir vurğulayıb.
Hakan Fidan əlavə edib ki, əhəmiyyətli irəliləyişin əldə olunduğu və sülh prosesinin sona yaxınlaşdığı bir vaxtda danışıqların fasiləsiz davam etməsi son dərəcə vacibdir.
Jalə Rövşən