Fidan: "ABŞ Ukrayna münaqişəsinin həllində real vasitəçi ola bilər"
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Ukrayna münaqişəsinin həllində vasitəçi kimi uğur qazana biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlar dərhal döyüşləri dayandırmasa da, prosesin effektiv yolu səmimi və qətiyyətli diplomatiyadan keçir.
“ABŞ-nin olmadığı bir şəraitdə Avropa daha dözümlü olmaq üçün daha yaradıcı həll yolları axtarmalıdır. Mən inanıram ki, bu müharibəni bitirməyin yeganə səmərəli yolu danışıqlarda səmimi və qətiyyətli iştiraktır", - Fidan əlavə edib.
Türkan İsgəndərli