"Fars": İran İsrailin dəmir yolu sisteminə kiberhücum etdi
İran İslam Respublikası İsrailin dəmir yolu sisteminə kiberhücum həyata keçirərək onu sıradan çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İran tərəfindən həyata keçirilən bu hücum nəticəsində bütün dəmir yolu stansiyaları sonrakı xəbərdarlığa qədər təhlükəli vəziyyətə düşüb. İsrail isə bu iddiaları hələ təsdiqləməyib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlayan hərbi əməliyyatlarından sonra Tehran əks hücuma keçib.
Jalə Rövşən