Ermənistan və Gürcüstanın enerji sistemləri birləşdiriləcək
Dünya
12.03.2026 14:50
Ermənistan hökuməti 12 mart tarixində keçirilən iclasında Ermənistanla Kredit Bərpası Bankı arasında imzalanan Aİ Qafqaz Elektrik Ötürücü Şəbəkəsinin II mərhələsi üzrə kredit müqaviləsini təsdiqləyib.
TodayPress TV "News.am"ya istinadən xəbər verir ki, proqramın məqsədi Ermənistan və Gürcüstan enerji sistemlərini Ayrumda (Ermənistan) sərhəd yaxınlığında yerləşən 500/400/220 kV-luq yüksək gərginlikli sabit cərəyan (HVDC) çevirici stansiyasından istifadə etməklə birləşdirməkdir.
Nəticədə, Ermənistan-Gürcüstan elektrik stansiyasının gücünün ilk mərhələdə hazırkı 200 MVt-dan 350 MVt-a, daha sonra isə regional bazardakı tələbatdan asılı olaraq 1050 MVt-a çatdırılması planlaşdırılır.
Qeyd edilib ki, proqramın həyata keçirilməsi üçün ayrılan kredit və qrant vəsaitlərinin ümumi büdcəsi vergilər nəzərə alınmadan 188,75 milyon avrodur.
Jalə Rövşən
tag: Ermənistan,Gürcüstan,Enerji ,İ Qafqaz Elektrik Ötürücü Şəbəkəsi,Todaypress.tv,
