Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı

Dünya

19.05.2026 17:26

Rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri və Ermənistan baş nazirliyinə namizəd Samvel Karapetyanın pasport faylında iş yeri kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Məlumat Mərkəzi qeyd olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın “The Insider” nəşri məlumat yayıb.

“Karapetyanın 1999-cu ildə Kaluqada aldığı xarici (Rusiya) pasportla bağlı faylda “İş yeri” bölməsində Daxili İşlər Nazirliyinin “FSB Məlumat Mərkəzi” qeydi var”, deyə - mənbə vurğulayıb.

Məlumata görə, FSB-nin nəzarəti altında işləyən əcnəbilər və ya ictimaiyyətə açıq olmayan məlumat verənlər belə işarələnir.

Həmçinin Karapetyanın yaxın çevrəsindən bir mənbənin sözlərindən də sitat gətirilib: “Samvel bura qədər heç vaxt siyasətə qarışmayıb və heç vaxt Kremlin incə maliyyə tələblərini rədd etməyib”.

Bildirilib ki, ona son zamanlarda Ermənistanda siyasi proseslərə qoşulmaq və “Güclü Ermənistan” Partiyasını yaratmaq üçün güclü təzyiq göstərilib.

“The Insider” Samvel Karapetyanı Moskvanın iyunun 7-də keçiriləcək parlament seçkilərində Ermənistanda təsirini qorumağa çalışdığı fiqurlardan biri kimi təqdim edib.

TodayPress TV

tag: Ermənistan,FSB,Əməkdaş,Baş nazir,Namizəd,Todaypress.tv,