Ermənilərdən dəhşətli əməl: Balaca uşaqları Qarabağda ölən əsgərlərin məzarına tutaraq...

Ermənilərdən dəhşətli əməl: Balaca uşaqları Qarabağda ölən əsgərlərin məzarına tutaraq...
21.09.2026 10:36 Dünya

Ermənistanın sosial şəbəkə seqmentində yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, erməni istifadəçilərdən birinin paylaşdığı fotoda yaşlı qadının körpə uşağı həyatını itirmiş erməni hərbçisinin məzarı üstünə apardığı və burada onun fotosunu çəkdirdiyi görünür.

Paylaşımda Ermənistanın Baş naziri Nikol Paşinyanın fəaliyyəti də tənqid edilib. Bildirilib ki, Paşinyan velosiped sürür, qəhvə içir və idman komplekslərinin açılışlarında iştirak edir, lakin 19 sentyabr hadisələri ilə bağlı hər hansı rəsmi reaksiya vermir:

"2023-cü il sentyabrın 19-da həlak olanların ailələrinə nə bir başsağlığı sözü, nə də üç il əvvəl köçən ermənilərə hüzn mesajı verildi. Ermənistanın baş naziri Nikol Paşinyan bu mövzuda susur. Bunun əvəzinə, "Facebook" və digər sosial şəbəkələrdə səhər tezdən necə velosiped sürdüyü, günorta qəhvə içdiyini paylaşır”.

Bir daha Ermənistan cəmiyyətində illərdir kök salmış revanşist və hərbi ideologiyanın körpə yaşlardan uşaqların şüuruna necə yeridildiyinin şahidi oluruq. Azyaşlıların bu cür təbliğat alətinə çevrilməsi gələcək nəsillərdə nifrət hiss xəstəliyini körükləyir. Ermənistan hakimiyyətinin bu cür mənzərələr qarşısında susqunluq nümayiş etdirməsi isə rəsmi İrəvanın hələ də real sülhə hazır olmadığını növbəti dəfə sübut edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər