Erməni nazirdən ifşa kimi videolar - İrəvan sərhəddə bunkerlər qazır, ordu yığır - VİDEO

Erməni nazirdən ifşa kimi videolar - İrəvan sərhəddə bunkerlər qazır, ordu yığır - VİDEO
04.09.2026 11:40 Dünya

Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən uzunmüddətli atəş mövqeləri, mühəndis-istehkam qurğuları, artilleriya mövqeləri və digər bu kimi strukturlar inşa edilir.

TodayPress TV xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video yayılıb.

Ermənistanın sülhə hazırlaşdığı bir vaxtda belə addımlar atması suallar doğurur.

Ermənistanın bu addımlarının arxasında nə dayandığı sual doğurur. Əgər bu, sülhə hazırlıqdırsa, o zaman müharibəyə hazırlıq necə görünür?

Sərhəddə inşa edilən mühəndis-istehkam qurğuları barədə məlumatların əldə edilməsi Azərbaycan üçün milyonlarla dollar və ciddi zaman tələb edən kəşfiyyat işi ola bilərdi. Lakin Ermənistanın müdafiə naziri Suren Papikyanın bu mövqeləri özü nümayiş etdirməsi həmin çətinliyi aradan qaldırıb.

Hərbi doktrinada belə bir fikir var: keçilməsi və ya yarılması mümkün olmayan müdafiə xətti yoxdur.

Ermənistanın sərhəddə həyata keçirdiyi istehkam işlərinə də məhz bu prizmadan yanaşmaq mümkündür.

Qiymət Mahir


XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər