Ərdoğan: "Türkiyə müharibəni dayandırmaq üçün diplomatik səylərini artırır"
Dünya
13.03.2026 06:00
“Türkiyə Yaxın Şərqdə müharibənin yenidən alovlanmasının qarşısını almaq üçün intensiv diplomatik səylər göstərir”.
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşündən sonra bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyə mövcud böhranın sülh yolu ilə həlli üçün qətiyyət və səbr göstərməyə, BMT-ni daha inklüziv etmək təşəbbüslərini dəstəkləməyə davam edəcək. O əlavə edib ki, ədalət olmadan inkişaf, sülh və ya sabitlik ola bilməz.
Quterreş öz növbəsində ABŞ və İsrail tərəfindən həyata keçirilən kütləvi hərbi hücumların və sonradan İranın bir çox ölkəyə hücumlarının beynəlxalq sülhə ciddi təhdid yaratdığını qeyd edib. O, bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa, beynəlxalq hüquqa riayət etməyə, mülki şəxsləri qorumağa və dərhal danışıqlar masasına qayıtmağa çağırıb.
Aysel Mətləb
tag: Ərdoğan,Türkiyə,İran,Quterreş,TodayPress TV,
