Ərbil hərbi bazasına edilən hücumda ABŞ əsgərləri yaralandı
İraqın Ərbil şəhərindəki hərbi bazaya endirilən hava zərbəsi nəticəsində bir neçə ABŞ hərbçisi yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” telekanalı Böyük Britaniyanın müdafiə naziri Con Heliyə istinadən məlumat yayıb.
Nazir qeyd edib ki, Britaniya hərbçiləri də bazada olub və onlara heç bir zərər dəyməyib.
Qeyd olunub ki, zərbə dronlardan istifadə etməklə həyata keçirilib. Britaniya qüvvələri iki dron vurub, lakin digər təyyarələr Qərb koalisiyasının müdafiəsini pozub.
Aysel Mətləb