Ər-Riyadda güclü partlayış baş verdi
19 sentyabr şənbə günü səhər tezdən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində güclü partlayış baş verib.
TodayPress TV xəbər verir ki, hadisədən əvvəl Səudiyyə Ərəbistanının paytaxt bölgəsində hava hücumu xəbərdarlıq sistemləri işə salınıb.
Tələfat və ya dağıntı barədə heç bir məlumat verilməyib.
Partlayışa Yəmənli husilər tərəfindən atılan raketin səbəb ola biləcəyi ehtimal olunur.