Əlirza Ərəfi İranın İdarəetmə Şurasına qoşuldu
Dünya
01.03.2026 19:40
Ayətullah Əlirza Ərəfi yeni ali lider seçilənə qədər ölkəni müvəqqəti olaraq idarə edən İranın İdarəetmə Şurasına qoşulub.
TodayPress TV xəbər verir ki, bu barədə İranın siyasi məqsədyönlülüyünün müəyyənləşdirilməsi şurasının rəsmi nümayəndəsi Möhsün Dehnəvi məlumat verib.
"Konstitusiyanın 111-ci maddəsinə əsasən, müvəqqəti rəhbərlik şurasında Keşikçi Şurasının hüquqşünas kateqoriyasından bir üzvü olmalıdır. Məqsədyönlülük şurası ölkənin idarəçiliyinin fasiləsiz davam etməsi və Ekspertlər Şurasının ali rəhbəri ən qısa müddətdə seçə bilməsi üçün ayətullah Əlirza Ərəfini bu şuranın üzvü seçib".
Prezident Məsud Pezeşkian isə bildirib ki, İranın yeni ali lideri seçilənə qədər ölkəni müvəqqəti idarə edəcək İdarəetmə Şurası artıq işə başlayıb.
tag: Ayətullah Əlirza Ərəfi ,İran ,Ali dini lider ,Məsud Pezeşkian ,Todaypress.tv,
