Əbu-Dabidə üçtərəfli görüş keçirilərkən Sibiqa və Rubio Parisdə görüşdülər - Masada sülh var
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə ABŞ-nin dövlət katibi Marko Rubio Parisdə danışıqlara başlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər görüşdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində sülh səylərini, strateji tərəfdaşlığın inkişafını, həmçinin Ukraynanın müdafiə qabiliyyətinin və dayanıqlığının gücləndirilməsini müzakirə edəcəklər.
Qeyd edək ki, bu görüş Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların keçirildiyi vaxta təsadüf edir.