Rusiya-Ukrayna müharibəsinin taleyi müzakirə olunur

Rusiya-Ukrayna müharibəsinin taleyi müzakirə olunur
10.11.2026 12:20 Dünya

Rusiya, Ukrayna və ABŞ arasında münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqlar Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edək ki, danışıqlar noyabrın 10-11-də keçiriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrov müzakirələrin əsas mövzusunun Rusiya və Ukraynanın təhlükəsizliyi olacağını açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Kiyevin danışıqlarda təhlükəsizlik zəmanətləri, ölkənin yenidən qurulması, enerji infrastrukturuna və Qara dənizə hücumların dayandırılması, əsir mübadiləsi və liderlərin görüşünə hazırlıq məsələlərini qaldırmaq niyyətində olduğunu bildirib.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir. ABŞ-ı isə Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner təmsil edir.

Bundan əlavə, Vaşinqton gələcək danışıqlarda Avropa nümayəndələrinin də birbaşa iştirakını təmin etmək niyyətindədir. “Politico” nəşrinin məlumatına görə, ABŞ hazırkı görüşün Avropanın birbaşa iştirakı olmadan keçirilən sonuncu danışıqlar olacağına ümid edir.

Avropa ölkələri isə hələlik danışıqlarda onları kimin təmsil edəcəyinə dair qərar verməyiblər. Aİ liderlərinin bu məsələni həftənin sonunda Dublində keçiriləcək qeyri-rəsmi sammitdə müzakirə etməsi gözlənilir.

Jalə Rövşən 
XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər