Dost dostu vuracaqdı, son anda...
Polşa hərbçiləri iyulun 30-da Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi zərbələr zamanı Polşa sərhədi yaxınlığında uçan Ukraynaya məxsus MiQ-29 qırıcısını vurmaq üzrə olublar.
TodayPress TV “Rzeczpospolita”ya istinadən xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəhbəri İreneuş Novak bildirib.
Onun sözlərinə görə, F-16 qırıcısı Polşa sərhədi yaxınlığında naməlum uçan obyekti müəyyən edə bilməyib. Sonradan məlum olub ki, obyekt Ukraynaya məxsus MiQ-29 qırıcısı olub.
Novak vurğulayıb ki, Ukrayna pilotu diqqətini itirərək təsadüfən qonşu ölkənin hava məkanını pozsaydı, “dost atəşi” baş verə bilərdi. Hərbçinin sözlərinə görə, qırıcı yalnız F-16 tərəfindən deyil, həm də hava hücumundan müdafiə sistemləri tərəfindən izlənilib.
Hadisədən sonra Polşa Silahlı Qüvvələrinin komandanlığı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə və Ukrayna Hərbi Hava Qüvvələrinin komandanına məktub göndərərək “Ukrayna təyyarələrinin Polşa sərhədi yaxınlığında hərəkətləri barədə məlumat verməyi” xahiş edib.
Qiymət Mahir