Donbasın taleyi faizlərə qaldı – Rusiya 12, Ukrayna 18 faiz deyir

Donbasın taleyi faizlərə qaldı – Rusiya 12, Ukrayna 18 faiz deyir
17.11.2026 09:04 Dünya

Rusiya ilə Ukrayna arasında Donbasın qalan hissəsinə dair ərazi mübahisəsi müharibənin davam etməsinə səbəb olan əsas məsələlərdən biri olaraq qalır.

TodayPress TV “Clash Report”un “X” kanalına istinadən məlumat verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın hazırda Donbasın qalan hissəsini tələb etdiyini bildirib.

Nazirin sözlərinə görə, Rusiya tərəfi həmin ərazinin öz sərhəd anlayışına daxil olduğunu bildirir. Ukrayna isə bununla razılaşmır və sözügedən torpaqların öz vətəninin bir hissəsi olduğunu, ondan imtina etməyəcəyini bəyan edir.

Hakan Fidan qeyd edib ki, hazırda müharibənin davam  etməsinə səbəb olan əsas məsələ məhz bu ərazi ilə bağlı fikir ayrılığıdır.

O bildirib ki, Rusiyanın ərazi bölgüsü ilə bağlı yanaşmasına görə, mübahisəli hissə təxminən 11–12 faizlik ərazini, Ukraynanın baxışına görə isə 18 faizlik ərazini əhatə edir.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər