Çinin mərkəzində güclü daşqınlar: 4 ölü, 1 itkin

Çinin mərkəzində güclü daşqınlar: 4 ölü, 1 itkin
19.05.2026 20:52 Dünya

Çinin mərkəzindəki Hunan əyalətində güclü leysan yağışlarının səbəb olduğu şiddətli daşqınlar nəticəsində dörd nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə səlahiyyətli şəxslər məlumat yayıb.

Şimen qəzasının fövqəladə hallar və əməyin mühafizəsi komitəsinin bildirdiyinə görə, sonuncu güclü yağış dalğası rayonda 61 583 sakinin həyatına mənfi təsir göstərib, 19 040 nəfər isə daha təhlükəsiz ərazilərə təxliyə edilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər