Çin iki Yer müşahidə peykini orbitə çıxardı
Çin iki yeni Yer müşahidə peykini uğurla orbitə buraxıb.
TodayPress TV xəbər verir ki, peyklər “SpaceTY 51” və “SpaceTY 52” adlanır.
Onları daşıyan “Kuaizhou-11” raketi Pekin vaxtı ilə saat 10:40-da Çinin şimalındakı Ciüçüan Kosmik Mərkəzindən havaya qalxıb.
Bərk yanacaqla işləyən dördpilləli raketin uzunluğu 25 metrdir. “Kuaizhou-11” aşağı Yer orbitinə 1,5 tona qədər yük çıxara bilir.
Bu, raketin sayca 7-ci missiyasıdır. 2026-cı ildə isə üçüncü buraxılışının həyata keçirildiyi bildirilir.
Çin son illərdə kosmik proqramını sürətlə inkişaf etdirir. Ölkə meteoroloji, rabitə və naviqasiya peykləri ilə yanaşı, Ay, Mars və asteroidlərin tədqiqi üzrə layihələr də həyata keçirir.
Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirərək öz rekordunu yeniləyib.
Türkan İsgəndərli