Çin-ABŞ xəttində buzlar əriyir? - Pekin əməkdaşlıq üçün şərtləri açıqladı
Çin və ABŞ iki dövlət başçısının hörmət, ədalət və qarşılıqlılıq prinsipləri əsasında strateji sabitliyə malik konstruktiv münasibətlərin qurulmasına dair razılaşmalarını həyata keçirməlidir.
TodayPress TV xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Pekində 2026-cı il Çin-Amerika siyasi dialoqunun amerikalı iştirakçıları ilə görüşündə bildirib.
“Çin və ABŞ birgə səylərin məqsədlərini dəqiq müəyyənləşdirməli, qarşılıqlı faydalı əməkdaşlıq sahələrini genişləndirməli, ikitərəfli münasibətlərin təməlini möhkəmləndirməli və bütün dünyada sülh və sabitliyin qorunmasına çalışmalıdır”, - deyə o vurğulayıb.
Çin XİN rəhbəri, həmçinin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə riayət etməyə çağırıb.
Aysel Mətləb