Bu ölkədə əl sıxmaq qadağan olundu

Bu ölkədə əl sıxmaq qadağan olundu
19.05.2026 22:25 Dünya

Uqanda Səhiyyə Nazirliyi Ebola epidemiyası səbəbindən əl sıxma və digər təhlükəli salamlaşmaları müvəqqəti olaraq qadağan edib.

TodayPress TV xəbər verir ki, bu haqda “Nile Post” məlumat yayıb.

“Səhiyyə Nazirliyi Uqanda sərhədini keçən Konqo Demokratik Respublikası (KDR) vətəndaşlarında iki Ebola virusuna yoluxma faktı təsdiqləndikdən sonra əl sıxma və digər fiziki salamlaşmalara müvəqqəti qadağa qoyulduğunu elan edib”, - nəşr qeyd edib.

Tədbir fiziki təması azaltmaq və virusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər