Bu media qurumları Tramp administrasiyasına qarşı iddia qaldırdı
ABŞ-nin 3 əsas xəbər qurumu - CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinin məhdudlaşdırılması ilə əlaqədar ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı iddia qaldırıb.
TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, təşkilatlar ABŞ Konstitusiyasının birinci düzəlişinə istinad edərək, öz resurslarına çıxışın bərpa olunmasını tələb ediblər.
CNN, MS NOW və "Politico" bildiriblər ki, Ağ Ev onların jurnalistlərinin akkreditasiyasını əvvəlcədən xəbərdarlıq etmədən və heç bir prosedura riayət etmədən ləğv edib.
Qeyd edək ki, sentyabrın 19-da Tramp CNN, MS NOW və "Politico" üçün Ağ Evə girişin qadağan edildiyini elan edib.