Bryanskda PUA hücumları: Ölən və yaralananlar var
Ukraynanın Rusiyanın Bryansk vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumları nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yeqor Kovalçuk məlumat verib.
Onun sözlərinə görə, Klimovo qəsəbəsində PUA-nın fərdi yaşayış evinə zərbə endirməsi nəticəsində 30 yaşlı qadın və 41 yaşlı kişi həyatını itirib, beş nəfər yaralanıb.
Bundan başqa, iki yaşayış məntəqəsində dron hücumları nəticəsində daha üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qubernatorun məlumatına görə, gün ərzində 29 pilotsuz uçuş aparatı məhv edilib.