Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı?

Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı?
05.08.2026 18:38 Dünya

İranda dövlət banklarından biri borclar səbəbindən Milli Neft Şirkətinin (NIOC) bank hesablarını bloklayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, qərar şirkətin borclarının ödənilməsinin İran qanunvericiliyi ilə 2027-ci ilin martınadək təxirə salınmasına baxmayaraq qəbul edilib.

Bank və şirkətin borcun məbləği, eləcə də bloklanan hesabların sayı barədə açıqlama vermədiyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər