BMT-dən ABŞ-dakı qanlı hücuma reaksiya: Quterreş atışmanı kəskin pislədi

Dünya

19.05.2026 22:10

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-nin San-Dieqo şəhərindəki İslam Mərkəzində törədilən və üç nəfərin ölümü ilə nəticələnən atışmanı kəskin şəkildə pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə onun sözçüsü Stefan Düjarrik keçirdiyi mətbuat konfransında bildirib.

"Baş katib dünən (18 mart - red.) Kaliforniyanın San-Dieqo şəhərindəki məscidə edilən və üç nəfərin ölümü ilə nəticələnən qanlı hücumu kəskin şəkildə pisləyir", - deyə o qeyd edib.

Quterreş nifrət və dözümsüzlüyün bütün formalarına qarşı təcili mübarizə aparılmasının vacibliyini vurğulayıb və həlak olanların ailələrinə başsağlığı verib.

Aysel Mətləb

TodayPress TV

tag: Antonio Quterreş,ABŞ,San-Dieqo,İslam Mərkəzi,TodayPress TV,