Brüsseldə böyük masa qurulur! ABŞ, NATO və Aİ Ukrayna üçün toplanır

Brüsseldə böyük masa qurulur! ABŞ, NATO və Aİ Ukrayna üçün toplanır
03.11.2026 18:08 Dünya

Noyabrın 4-də Brüsseldə ABŞ, Avropa, NATO və Ukrayna nümayəndələri arasında görüşlər keçiriləcək, müzakirə mövzuları arasında bərpa paketi və təhlükəsizlik zəmanətləri də yer alacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Mertslə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Sabah Brüsseldə bizim nümayəndə heyətlərimiz də olacaq. Amerika, Avropa, NATO və Ukrayna təmsil olunacaq. Bərpa paketləri və təhlükəsizlik zəmanətləri barədə danışacaqlar. Mən komandalar səviyyəsində işləyəcəyəm”, – deyə lider vurğulayıb.

Məlumat verildiyi kimi, Avropa Komissiyası Ukraynanın müharibədən sonrakı bərpası məsələsi ilə bağlı Ukrayna, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Dünya Bankının nümayəndələri ilə görüş keçirəcək.

Bu barədə, həmçinin Brüsseldə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyon məlumat verib.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər