BƏƏ və Fransa arasında yeni müdafiə sazişi imzalandı

BƏƏ və Fransa arasında yeni müdafiə sazişi imzalandı
20.05.2026 00:24 Dünya

BƏƏ-nin Müdafiə İşləri üzrə Dövlət Naziri Mübarək bin Fadıl əl-Məzruinin rəsmi səfəri çərçivəsində BƏƏ və Fransa arasında yeni müdafiə sazişi imzalanıb.

TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində paylaşılıb.

"Tərəflər ikitərəfli münasibətlərin dərinliyini, eləcə də BƏƏ ilə Fransa arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş birgə sadiqliyi əks etdirən Müdafiə Əməkdaşlığı Sazişinin imzalanmasının şahidi olublar", - deyə bəyanatda bildirilib.

Onlar həmçinin iki dost ölkə arasında müdafiə və strateji münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər