BƏƏ "Flydubai" hadisəsini terror aktı adlandırdı

BƏƏ "Flydubai" hadisəsini terror aktı adlandırdı
02.10.2026 20:20 Dünya

BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Səudiyyə Ərəbistanında təcili eniş edən "Flydubai" aviaşirkətinin təyyarəsində baş verən insidenti terror aktı kimi səciyyələndirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X"də yazıb.

""Flydubai"ın hindistanlı pilotu Smit Maççhar dərin təşəkkürə layiqdir, çünki təhlükəli terror aktı və ehtimal olunan fəlakət qarşısında o, əsl şücaət və məsuliyyət nümayiş etdirib", - deyə Qarqaş bildirib.

BƏƏ prezidentinin müşaviri "ekstremizm və terrorizm təhlükələri ilə bağlı ayıq-sayıq olmağa" çağırıb, həmçinin baş verənləri sadələşdirməmək və qəsd nəzəriyyələri yaymamaq barədə xəbərdarlıq edib.

Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" reysi təhlükəsizlik sahəsindəki insident səbəbindən Səudiyyə Ərəbistanının Tabuk şəhərinin hava limanında təcili eniş edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər