Hava limanında həyəcan: Sərnişinlər TƏCİLİ çıxarıldı

Hava limanında həyəcan: Sərnişinlər TƏCİLİ çıxarıldı
02.10.2026 18:09 Dünya

Moldovanın paytaxtı Kişinevdəki beynəlxalq hava limanında bomba təhlükəsi ilə bağlı həyəcan elan edilib.

TodayPress TV xəbər verir ki, Moldova Sərhəd Polisi hadisə ilə əlaqədar sərnişinlərin və hava limanı əməkdaşlarının təxliyə olunduğunu bildirib.

Məlumata görə, uçuşlara qeydiyyat prosesi müvəqqəti dayandırılıb. Hadisə yerinə ölkənin Daxili İşlər Nazirliyinin ixtisaslaşmış bölmələri cəlb olunub.

Qurum mümkün uçuş gecikmələri və reyslərin cədvəlində dəyişikliklər barədə xəbərdarlıq edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər