Qiymətləri artıran nədir? Makron bazardakı şayiələrdən danışdı

Qiymətləri artıran nədir? Makron bazardakı şayiələrdən danışdı
02.10.2026 19:25 Dünya

Fransa Prezidenti Emmanuel Makron son günlər neft ixracının həcminin artdığını və vəziyyətin tədricən normallaşdığını bildirib.

TodayPress TV xəbər verir ki, Makronun sözlərinə görə, Hörmüz boğazı və Qırmızı dənizdəki Yanbu marşrutu vasitəsilə həyata keçirilən neft ixracı müharibədən əvvəlki həcmin dörddə üçündən bir qədər çoxuna çatıb.

Fransa lideri qeyd edib ki, gəmiçilik azadlığının bərpası istiqamətində qətiyyətli addımlar atılır.

Makron həmçinin G7 ölkələrinin neft və digər məhsulların ixracına məhdudiyyət və ya qadağa tətbiq etməmək barədə razılığa gəldiyini bildirib.

Onun sözlərinə görə, bazarda yayılan şayiələr qiymətlərin artmasına təsir göstərib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər